Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Serbiya xarici işlər naziri, ölkənin baş nazirinin müavini İvitsa Daçiç Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı bəyan edib.
“Bizim üçün Serbiya prezidenti Aleksandr Vuçiçin səfəri çox vacibdir. Bu, yaxşı əlaqələrimizin təsdiqidir və münasibətlərimizin bütövlükdə bütün istiqamətlər üzrə inkişafının yaxşılaşdırılması bizim hədəfimizdir”, - deyə Daçiç bildirib.
Həmçinin Serbiya xarici işlər naziri Rusiyanın Serbiyaya hədəflərinə nail olunmasında göstərdiyi köməyə görə minnətdarlığını bildirib.
Ordu.az