Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Ursula von der Leyen Əfqanıstanın Məzari-Şərif şəhərindəki Marmal kampına səfəri zamanı bildirib.
“Mən qoşunların çəkilməsinin başlandığı vaxtı unutmamışam. Burdakı əsgərlərin sayında çox sürətli şəkildə azalma baş verir. Lakin Əfqanıstanda hələ də münaqişə davam edir”, - deyə Leyen bildirib.
Almaniya qoşunları 2001-ci ildən etibarən ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibində Əfqanıstanda xidmət edir. Bu, Almaniyanın başqa bir ölkədəki ən böyük hərbi mövcudluğudur.
Hal-hazırda 1000 alman əsgəri əfqan əsgərlərə təlim keçmək məqsədilə Əfqanıstanda qalmaqdadır.
Münaqişənin ən qızğın vaxtlarında ümumilikdə Əfqanıstanda 150000 xarici əsgər olub. İndi isə cəmi 17000 əsgər qalır ki, bunun da 10000-i ABŞ ordusundandır.
Ağalar Qəribov
Ordu.az