Avropa xüsusi xidmət orqanlarının nümayəndələri Moskvada toplaşır

2017/12/345345345-(2)_1513674437.jpg
Oxunub: 368     17:21     19 Dekabr 2017    
Yaxın Şərqdəki qaynar nöqtələrdə olan və geri qayıdan terrorçuların qarşısını almaqla bağlı məsələlər bu gün Moskvada MDB ölkələrinin nümayəndə heyətləri ilə Avropadan olan həmkarları arasında müzakirə ediləcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İcimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Moskvada keçiriləcək MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin 43-cü iclasında həmçinin Rusiya Xarici Kəşfiyyat Xidməti, MDB İcraedici Komitəsi və Almaniya, İspaniya, İtaliya, Serbiya və Fransadan xüsusi xidmət orqanlarının nümayəndələri dəvət olunub.

“İclasda əsas diqqət terorizm və ekstremizmə qarşı mübarizə sahəsində, o cümlədən Yaxın Şərqdə beynəlxalq terror təşkilatlarının tərkibində vuruşan və geri dönən terrorçuların müəyyən edilməsi sahəsində effektiv əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət göstəriləcək”, - deyə məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Terror  


Bizi "telegram"da izləyin