Tramp: “ABŞ Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün hər şey edəcək”

2017/12/agnafgn_1513672074.jpg
Oxunub: 339     16:30     19 Dekabr 2017    
“ABŞ və müttəfiqləri Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün zəruri olan hər şeyi edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, Şimali Koreya rejiminə maksimal təsir göstərilməsi üzrə kompaniya onlara qarşı ən sərt sanksiyaların qəbul edilməsi ilə nəticələndi.

“Biz müttəfiqlərimizi Koreya rejimini təcrid etmək cəhdlərindən birləşdirdik. Lakin hələ görülməsi gərəkən çox iş var. Amerika və müttəfiqləri Koreya yarımadasının nüvəsizləşdirilməsi, bu rejimin bir də sülhə təhdid edə bilməməsi üçün zəruri olan hər şeyi edəcəyik”, - deyə ABŞ prezidenti bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donald-Trump   KXDR   Nüvə  


Bizi "telegram"da izləyin