Mettis: “Diplomatlarımız hər zaman güc mövqeyindən danışacaqlar”

2017/12/456456_1513663591.jpg
Oxunub: 406     14:04     19 Dekabr 2017    
“ABŞ Silahlı Qüvvələri amerikalı diplomatlara digər ölkələrin nümayəndələri ilə danışarkən həmişə güc mövqeyindən çıxış etmək imkanını təmin edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.

“Dünyada ən güclü silahlı qüvvələr ikən ABŞ hərbçiləri bizim diplomatlara həmişə güc mövqeyindən çıxış etmək imkanını təmin edirlər. Müttəfiqlərimiz və tərəfdaşlarımızın dəstəyi ilə biz Amerikanı malik olduğumuz azadlığı təhdid edənlərdən, o cümlədən ümumi təhlükəsizlik maraqlarımızı qoruyacağıq”, - deyə Mettis bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni strategiyası İran və KXDR, o cümlədən bu məsələni tənzimləyən sənəddə “rəqib dövlətlər” adlandırılan Rusiya və Çinə qarşı aktiv şəkildə siyasi qarşıdurma təklif edir. ABŞ özü və öz müttəfiqləri üçün daha bir təhlükə qismində isə terroristləri görür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   KXDR  


Bizi "telegram"da izləyin