Tramp raketdən müdafiə sistemlərini gücləndirir

2017/12/835_1513623090.jpg
Oxunub: 463     02:59     19 Dekabr 2017    
Tramp administrasiyası ABŞ-ın ölkə daxilindəki raketdən müdafiə sistemlərinin inkişafını Milli Təhlükəsizlik Strategiyasının prioritet məsələsi kimi qəbul edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trampın gələn həftə təqdim edilməsi gözlənilən milli təhlükəsizlik strategiyasının əsas nəzər nöqtəsi Şimali Koreya və İranın potensial hücumuna qarşı ABŞ-ın öz ərazində quraşdırılmış raketdən müdafiə sistemlərinin gücləndirilməsi məsələsidir.

Məlumatda bildirilir ki, Tramp İran və Şimali Koreyanın nəzarətsiz şəkildə öz qitələrarası ballistik raketlərinin əhatə dairəsini və gücünü inkişaf etdirməsini ciddi təhdid kimi görür və buna qarşı önləyici tədbirlər görməyi planlaşdırır.

Bundan başqa Çin və Rusiyanın silahlarını gücləndirməsi də Trampın qərarına təsir edən amillərdəndir.

Tramp administrasiyası öz strategiyasında Avropadakı müttəfiqlərini 2024-cü ilə qədər öz ümumi daxili məhsullarının 2 faizini müdafiə xərclərinə ayırmağa çağırır.

Məlumatda həmçinin, Trampın Obama administrasiyasının siyasətini düzəltməyə çalışdığı da bildirilir.

“Obama administrasiyası İranın ballistik raketlərinin doğurduğu təhdid haqda dürüst davrana bilmirdi. Buna görə də onlar bizim doğma torpaqlarımızın müdafiəsi üçün lazım olan hər şeyi etməyə qadir deyildilər. Əgər onlar bu təhlükəni olduğu kimi təqdim etsəydilər, onda ABŞ cəmiyyəti heç vaxt nüvə sazişinin bağlanmasına razı olmazdılar”, - deyə mənbə qeyd edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donald-Tramp   ABŞ   KXDR  


Bizi "telegram"da izləyin