"Yeni Koreya müharibəsi marta qədər başlaya bilər" - İLK ANONS

2017/12/828_1513619368.jpg
Oxunub: 940     01:49     19 Dekabr 2017    
“Çin hökuməti müharibə üçün müdafiə yönümlü hazırlıq tədbirləri görməlidir”.

Ordu.az “Independent”ə istinadən xəbər verir ki, bu barədə təqaüdə çıxan Çin general-leytenantı Vanq Honquanq bəyan edib.

Vanqın sözlərinə görə, Yeni Koreya müharibəsi marta qədər istənilən vaxt başlaya bilər və Koreya yarımadasında artan gərginlik fonunda regionda baş verə biləcək potensial münaqişəyə hazırlıq üçün Çin də öz müdafiə qüvvələrini səfərbər etməlidir.

“Bu hazırlıq müharibəyə qoşulmaq üçün yox, sadəcə müdafiə xarakterli olmalıdır”, - deyə o əlavə edib.

Xatırladaq ki, son aylarda ard-arda ballistik raket sınaqları keçirmək və hidrogen bombaları partlatmaqla gərginliyi pik nöqtəyə qaldıran KXDR, sonuncu sınaqdan sonra yeni raketin ABŞ-ın qitə hissəsinin istənilən nöqtəsini vurmağa qadir olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya-müharibəsi   KXDR  


Bizi "telegram"da izləyin