Əsəd: “Müharibənin bitdiyini desək, həqiqətə uyğun olmaz”

2017/12/593a9f61104fc_1esed-abs-qebul-etmeliyik-ki-sed-suriya-prezidentidir-9264456456_1513659828.jpg
Oxunub: 460     23:03     18 Dekabr 2017    
“Suriyada artıq müharibənin tam şəkildə bitdiyini bəyan etmək, həqiqətə uyğun olmaz”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd bəyan edib.

“Suriyada hələ görülməli olan işlər var, odur ki, terrorizmə tam olaraq qalib gəlinməsini iddia etmək, həqiqətə uyğun olmaz”, - deyə Əsəd bildirib.

Onun sözlərinə görə, Suriyada terrorizm yalnız İŞİD-lə məhdudlaşmır.

“Suriyada qalibiyyət haqqında danışmaq üçün öncə ölkədəki sonuncu terrorist belə məhv edilməlidir”, - deyə Suriya prezidenti vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəşər-Əsəd   Suriya   İŞİD  


Bizi "telegram"da izləyin