SQQ İŞİD və “Ən-Nüsra”ya qarşı mübarizəni davam etdirir – İCMAL

2017/12/12_1513602880.jpeg
Oxunub: 536     21:11     18 Dekabr 2017    
Suriya Quru Qoşunları Həmada “Ən-Nüsra Cəbhəsi”ni sonuncu yaşayış məntəqəsindən çıxarıb, Deyr əz-Zorda İŞİD 5 nəfər PYD üzvünü məhv edilib, Dəməşqdə terrorçuların 300 metr uzunluğunda tuneli dağıdılıb.

Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən önəmli hadisələrin qısa icmalını təqdim edir.

Suriya ordusu və müttəfiq qüvvələr: Hələb və Həmada Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının mövqelərinə hücumlar ediblər.

Rusiya Aerokosmik Qüvvələri: Hələb və Həmada “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

İŞİD: Deyr əz-Zorda PYD mövqelərini atəşə tutub.

“Həyat Təhrir əş-Şam”: Hələbdə məktəbi atəşə tutub, Həmada mövqelər itirilir.

PYD: Deyr əz-Zorda bir neçə terrorçusu məhv edilib.

Dəməşq vilayəti: vilayətin şərq hissəsində yerləşən Şərqi Qutada hökumət qüvvələri ilə silahlı müxalifət qruplaşmaları arasında qarşıdurma səngimək üzrədir.
Yerli mənbələrdən biri yazır ki, Cobar rayonunda Suriya ordusu ilə terrorçular arasında da atışmalar baş verib.

SANA agentliyinin məlumatına görə, Suriya paytyaxtının yaxınlığında ordunun əsgərləri terrorçuların tunelini məhv ediblər. Yeraltı keçid gizli hərəkət etmək imkanı qazanmaq üçün qazılıb və uzunluğu 300 metr təşkil edir, torpağın 8 metr dərinliyinə yerləşirdi.


Hələb vilayəti: Rusiya Aerokosmik Qüvvələri “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının yerləşmə zonalarına zərbələr endirməyə davam edir.

“Twitter” sosial şəbəkəsində @MasarPressNet adlı istifadəçinin yerləşdidiyi məlumata görə, Rusiya təyyarəçiləri terrorçuları vilayətin cənub hissəsində yerləşən Bürc Sbeyne yaşayış məntəqəsi yaxınlığında aşkarlayıblar.

“Həyat Təhrir əş-Şam” terrorçuları isə əl-Cədid rayonunu inzibati mərkəzində məkətəbə atəş açıblar.

“Almanar News” agentliyinin məlumatına görə, iki müəllim və bir şahird xəsarət alıb.


Deyr əz-Zor vilayəti: vilayətin cənub-şərqində yerləşən Ziban şəhərində İŞİD terrorçularının yerləşdirdiyi mina partlayıb.

“Almanar News” agentliyi xəbər verir ki, partlayış nəticəsində ölən olmasa da, bir neçə sakin ağır dərəcəli xəsarətlər alıb.

Regionda ərazisində həmçinin PYD və İŞİD terrorçuları arasında silahlı qarşıdurma davam edir. SANA agentliyinin məlumatına görə, qarşılıqlı atəş nəticəsində 5 PYD terrorçusu məhv edilib.


Həma vilayəti: “Həyat Təhrir əş-Şam” koalisiyasına daxil olan “Ən-Nasra Cəbhəsi” terrorçuları Mharde şəhərində minaatanla atəşlər həyata keçiriblər.

Bununla əlaqədar olaraq Suriya ordusu terrorçuların əl-Lətamin yaşayış məntəqəsi yaxınlığında yerləşən sığınacaqlarına zərbələr endirib.

“Facebook” sosial şəbəkəsində @Agency.news.Haq adlı istifadəçinin yaydığı məlumata görə, Zelin və az-Zilakiyat yaşayış məntəqələri ərazisində Suriya ordusu ilə “Ən-Nüsra Cəbhəsi” arasında qarşıdurmalar davam edir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Terror  


Bizi "telegram"da izləyin