Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Silahların yayılmaması və nəzarəti məsələləri üzrə idarəsinin direktoru Mixail Ulyanov bəyan edib.
“Rusiya nüvə sınaqlarının hərtərəfli ləğvi üzrə Müqavilənin təkmilləşdirilməsi mövqeyindən çıxış edir. Bu müqavilənin qüvvəyə minməsinin asılı olduğu bütün ölkələri xeyli illər öncə olduğu kimi, indi də razılaşmanı imzalamağa və təsdiq etməyə səsləyirik. Bu, bötüvlükdə KXDR-ə də aiddir. Onun Müqaviləyə qoşulması bizim razılaşmanın qüvvəyə minməsi üçün zəruri şərtdir”, - deyə Ulyanov bildirib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, indi Pxenyanın müqaviləyə qoşulması o qədər də inandırıcı görünmür.
“Lakin Pxenyanın ABŞ-ın ədavətli siyasətindən müdafiə olunmaq üçün artan nüvə potensialından imtina etməsinə ümidvar olmaq tamamilə qeyri-real olardı. Təxmin etmək olar ki, bu məsələ yalnız Koreya yarımadasının nüvə probleminin tənzimlənməsi çərçivəsində həll oluna bilər”, - deyə rusiyalı diplomat bildirib.
Ağalar Qəribov
Ordu.az