Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyini bəyanat yayıb.
11-18 dekabr tarixlərində ümumilikdə 187 terrorizmlə mübarizə üzrə əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində Türkiyə Daxili İşlər Nazirliyinin axtarılanlar siyahısında olan terrorçuların rəhbərlərindən Murat Dağın da öldürüldüyü bildirilib.
Məlumatda bildirilir ki, kustar üsullarla hazırlanmış 18 partlayıcı maddə, 81 sığınacaq, mağara və anbar məhv edilib, xeyli sayda silah və patronlar ələ keçirilib.
Qeyd edək ki, PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır.
Ağalar Ağalarlı
Ordu.az