Polşa XİN: “Gec və ya tez Ukraynaya ölümcül silahlar göndəriləcək”

2017/12/10768768768_1513588350.jpg
Oxunub: 351     17:36     18 Dekabr 2017    
“Ukrayna Rusiya ilə müharibədə qalib gəlmək iqtidarında deyil”.

Ordu.az Regnum saytına istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Vitold Vaşikovksi bəyan edib.

Onun sözlərinə görə, Ukrayna müharibə baş verəcəyi təqdirdə, Rusiyanın qarşısında tab gətirə bilməz. Buna görə də Kiyevə Rusiyanın açıq təhdidlərinə qarşı dura bilmək üçün silah lazım deyil.

“Bununla belə, Ukrayna Donbas, yaxud Krımda separatizmin qarşısını almaq üçün öldürücü silahlara zərurət duyur”, - deyə Vaşikovski bildirib.

Nazirin sözlərinə görə, Kanadanın Ukraynaya silah verməsi təəccüblü hal deyil, çünki gec və ya tez Ukraynaya ölümcül silahlar göndəriləcək.

“Biz həmçinin Ukrayna ilə hərbi hazırlığın müəyyən edilməsi, silah verilməsi üzrə əməkdaşlıq apararıq, lakin bu silahlar öldürücü sursatlara malik deyil”, - deyə Vaşikovski qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   Polşa  


Bizi "telegram"da izləyin