Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Syria Al An” protalı məlumat yayıb.
Bildirilir ki, terrorçularla birgə dinc sakinlər də Suriyanın şimalında yerləşən İdlibə getmək istədiklərini bildiriblər, lakin bu barədə bəyan edən sakinlərin əksəriyyəti əvvəlcədən nəzərdə tutulan siyahıda olmadığından, terrorçuların evakuasiyası təxirə salınıb və sakinlərin köçürülməsi qərarı qəbul edilib.
Portalın məlumatına görə, sayı dəqiqləşdirilməyən terrorçular ekstremist qruplaşmaların nəzarəti altında olan İdlib vilayətində təhlükəsiz koridorun təmin edilməsi qarşılığında kapitulyasiyaya razı olublar. Onların yerləşmə ərazisi Dəməşq ətrafındakı Hamuriyə rayonudur.
Ağalar Qəribov
Ordu.az