İraq HHQ gizli tunellərdəki 17 İŞİD üzvünü məhv edib

2017/12/34534534534_1513580367.jpg
Oxunub: 411     14:57     18 Dekabr 2017    
İraq Hərbi Hava Qüvvələrinin İŞİD terrorçularının gizli tunellərinə endirdiyi dəqiq aviazərbələr nəticəsində 17 qruplaşma üzvü məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Iraqi News” agentliyi məlumat yayıb.

Agentliyin məlumatı görə, aviazərbə İraqın Anbar şəhərinin qərb hissəsində yerləşən tunelə endirilib. Məhv edilən terrorçular arasında xarici muzdluların olduğu da bildirilir.

Həmçinin zərbə nəticəsində terrorçuların böyük silah-sursat anbarı da məhv edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin