Ordu.az Russian.rt saytına istinadən xəbər verir ki, bu iddianı Suriyada fəaliyyət göstərən Rusiya Münaqişə edən Tərəflərin Barışığı Mərkəzi səsləndirib.
İddiaya görə, ABŞ hərbçilərinin rəhbərliyi ilə qaçın düşərgələrini yaxınlığında artıq məğlub edilən ekstremist qruplaşmalarının üzvlərindən ibarət “Yeni Suriya ordusu” adlanan silahlı birlik yaradılır.
Həmçinin artıq düşərgədən evə qayıdan qaçqınların sözlərinə görə, təlimlər sona çatdıqdan sonra bu birlikləri Suriya hökumət qüvvələrinə qarşı mübarizə aparmaq üçün ölkənin cənubuna istiqamətləndirəcəklər.
Ağalar Qəribov
Ordu.az