Ordu.az xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Ursula Von der Leyen alman KİV-lərinə verdiyi müsahibəsində bildirib.
“Mən gələn ilin əvvəlindən etibarən xaricdəki qoşunların sayının artırılmasını istəyirəm. Özü də bu sadəcə 3 aylıq yox, bir illik olmalıdır. Almaniyanın partnyorları da bu qərarın veriləcəyinə inanırlar. Ən böyük alman qoşunları Əfqanıstan, Mali və İraqın şimalındadır. Hər üç ölkədə biz terrorçulara qarşı vuruşuruq”, - deyə xanım nazir bildirib.
Xatırladaq ki, bu ilin əvvəlində Almaniya parlamenti 7 ölkədəki Alman qoşunlarının fəaliyyətinin genişləndirilməsi ilə bağlı hər 3 aydan bir uzadıla bilən qərar verib.
Ağalar Ağalarlı
Ordu.az