Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib.
O, ABŞ-ın KXDR-lə müharibəyə can atmağını, lakin fövqəladə hal yaranacağı zaman ölkənin müdafiəsi üçün bütün mümkün variantların istifadəsinə hazır olduqlarını bildirib.
Həmçinin ABŞ dövlət katibi Rusiya və Çini yalnız sanksiya rejiminə əməl etməyə deyil, həmçinin KXDR-ə təsiri artırmağa səsləyib.
Ağalar Qəribov
Ordu.az