Yaponiya 2018-ci il üçün müdafiə siyasətini nəzərdən keçirir

2017/12/793_1513357137.jpg
Oxunub: 447     01:02     16 Dekabr 2017    
“Yaponiya hökuməti növbəti il üçün müdafiə sənayesinə dəyişikliklər etmək üçün diskussiyalar aparacaq”.

Ordu.az “Voyenno-politiçeskaya obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Sindzo Abe bəyan edib.

“Növbəti ilin əvvəllərində danışıqlara başlayacağıq. Hazırda köhnə ordu siyasətinin davam etdirilməsi nəzərdə tutulmur, vətəndaşlarımızın müdafiəsi üçün yeni zəruri potensial müəyyənləşdirməliyik”, - deyə Abe bildirib.

KXDR probleminə də toxunan Yaponiya baş naziri qeyd edib ki, Şimali Koreyaya qarşı sanksiyalar öz effektivliyini göstərdi və sanksiyalar vasitəsilə Pxenyanın siyasi kursunu dəyişməsinə nail olmaq mümkündür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KXDR   Sindzo-Abe  


Bizi "telegram"da izləyin