Ordu.az “SANA” agentliyinə istinadən xəbər verir ki, son iki gün ərzində “Ən-Nüsra” terrorçularına qarşı əməliyyatları və artilleriya hücumlarını intensivləşdirən Suriya ordusu Beyit Cin qəsəbəsinin şimal-şərq hissəsində xeyli sayda strateji yüksəklikləri ələ keçirib.
Məlumata görə, xeyli sayda terrorçu və silah-sursat məhv edilib.
Məlumatda bildirilib ki, terrorçulara qarşı təzyiqi artıran Suriya ordusu artıq Beyit Cinin 1 kilometrliyindədir.
Ordu.az