Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO nümayəndəsi Petr Lunak “NATO və beynəlxalq təhlükəsizlik” mövzusunda baş tutan müzakirələrdə bildirib.
Lunak Rusiya və Belarusun 2017-ci ildə həyata keçirdikləri təlimlər haqda zəruri məlumatları təmin edən Belarusun ortaya qoyduğu şəffaflıq və açıqlığa diqqəti yönəldib.
O həmçinin, Belarus-NATO əməkdaşlığı çərçivəsində elmi layihələrin əhəmiyyətindən də danışıb.
“İctimai diplomatiya elə bir sahədir ki, əməkdaşlıq orada hər şeydən öndə inkişaf edir. NATO qərargahına ziyarət edən hər bir Belarus jurnalist və ekspertləri bunu təsdiqləyir. Biz ümid ediriki ki, Belarusiya ilə aparılan dialoqlar daha da genişlənəcək”, - deyə Lunak əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az