Türkiyə HHQ İraqın şimalında PKK mövqelərinə zərbələr endirib

2017/12/turkish_vvs_270816657567_1513328993.jpg
Oxunub: 447     17:52     15 Dekabr 2017    
Türkiyə Hərbi Hava Qüvvələri İraqında şimalında PKK terrorçularının mövqelərinə zərbələr endiriblər.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu gün Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat İraqın şimalında yerləşən Xakürk, Zap və Avaşin rayonlarında həyata keçirilib.

“Əməliyyat çərçivəsində PKK-nın müdafə məntəqələri və 5 terrorçu məhv edilib”, - deyə məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HHQ   Türkiyə   PKK  


Bizi "telegram"da izləyin