Dövlət Departamenti Putinin KXDR üzrə bəyanatını şərh edib

2017/12/thumb345345_1513326277.jpg
Oxunub: 377     16:22     15 Dekabr 2017    
“ABŞ Şimali Koreya probleminin sülh yolu ilə həll edilməsinə sadiqdir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Rusiya prezidenti Vladimir Putinin KXDR üzrə bəyanatını şərh edərkən bildirib.

Bununla belə, o qeyd edib ki, Pxenyanın özü də danışıqlara maraq göstərməlidir.

“Dövlət katibi Reks Tillerson daha öncə problemin diplmatik həll variantlarının reallığından bəhs edib”, - deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin