"Taliban" Helmandda 14 əfqan əsgərini öldürüb

2017/12/1496664463_taliban4576457_1513322760.jpg
Oxunub: 660     15:24     15 Dekabr 2017    
Əfqanıstanın Helmand vilayətində "Taliban"ın hücumu nəticəsində 14 əfqan əsgəri həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Helmand vilayətinin rəhbəri Hayətullah Həyat məlumat verib.

Həyat bildirib ki, Helmandın ucqar dağlıq ərazilərində narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirən təhlükəsizlik qüvvələri "Taliban" qiyamçılarının hücumuna məruz qalıb.

"Taliban"dan hadisəylə bağlı hələki heç bir açıqlama verilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Terror   Əfqanıstan  


Bizi "telegram"da izləyin