Ordu.az Rnbo.gov.ua saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Ukrayna-NATO Komissiyasının iclasında bəyan edib.
“Rusiya Ukrayna ilə sərhəd boyunca güclü hərbi infrastruktur yaradır və Kremlin əmri ilə istənilən an bizim dövlətə qarşı irimiqyaslı hərbi fəaliyyət başlana bilər. Bununla belə, Putinin qərarı Ukraynanın fəaliyyətindən asılı olmayacaq”, - deyə Turçinov bildirib.
Onun sözlərinə görə, Rusiyanın xarici siyasi və hərbi macəralarının başlanması üçün əsas səbəb Rusiyanın daxili siyasi vəziyyətinin inkişafı olacaq.
Qeyd edək ki, Ukrayna-NATO Komissiyasının iclasında NATO baş katibi Yens Stoltenberq də iştirak edib.
Ağalar Qəribov
Ordu.az