BMT TŞ KXDR-in dialoqa çağırılması fonunda vəziyyəti müzakirə edəcək

2017/12/un_vs345345_1513317971.jpg
Oxunub: 370     14:01     15 Dekabr 2017    
BMT Təhlükəsizlik Şurası bu gün Şimali Koreyanın nüvə-raket proqramının aktivləşməsi və ABŞ-la müttəfiqlərinin regionda hərbi təlimlər keçirməsi ilə əlaqədar oladaq Koreya yarımadasında yaranan vəziyyəti müzakirə edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, görüş dekabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Yaponiyanın təşəbbüsü ilə keçiriləcək.

Həmçinin növbəti dəfə KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsi müzakirə ediləcək. Vaşinqton hesab edir ki, sanksiyalar Pxenyanı danışıqlar masası ətrafına əyləşməyə məcbur edəcək.

Xatırladaq ki, görüşdə BMT baş katibi Antonio Quterreş də hesabatla çıxış edəcək.
Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   KXDR  


Bizi "telegram"da izləyin