Ordu.az sonra 24 saat ərzində Suriyada baş verən hadisələrin qısa icmalını təqdim edir.
Suriya ordusu və müttəfiq qüvvələr: Dəməşqdə terror aktınını qarşısını alıblar; Dəryada terrorçuları atəşə tutaraq Rusiya Aerokosmik Qüvvələrinin köməyi ilə Əbu-Daliyə doğru irəliləyiblər.
Rusiya Aerokosmik Qüvvələri: Həma vilayətində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.
İŞİD: Deyr əz-Zor vilayətində PYD-yə qarşı hücum həyata keçirib.
“Həyat Təhrir əş-Şam”: Həma vilayətində Suriya ordusu ilə döyüşlər aparır.
PYD: Deyr əz-Zorda bir neçə üzvünü itirib, Rəqqada İŞİD minasının partlaması zamanı sıralarından xəsarət alanlar olub.
Dəməşq vilayəti: Suriya paytaxtının kənarlarında hökumət qüvvələri İŞİD kamikadzesinin “cihad-mobil”lə hücumunun qarşısını alıblar.
“Twitter” sosial şəbəkəsində @sayed_ridha adlı istifadəçinin verdiyi məlumata görə, ordunun uğurlu əməliyyatı nəticəsində minalanmış avtomobildə olan terrorçu zərərsizləşdirilib. Dəməş sakinlərindən heç kəs xəsarət almayıb.
“Twitter” sosial şəbəkəsində @IvanSidorenko1 mənbəsinin verdiyi məlumata görə, Dəməşq ətrafı qəsəbələrdə İŞİD və Suriya ordusunun bölmələri arasında silahlı toqquşmalar davam edir.
Deyr əz-Zor vilayəti: PYD nəzarətində olan ərazilərdə İŞİD üzvləri ilə silahlı qarşıdurmalar davam edir. “Twitter” sosial şəbəkəsində @Poop24818239 hərbi xəbərlər məlumatı bazasında yerləşdirilən məlumata görə, İŞİD terrorçuları Əbu-Hamam bölgəsində PYD-yə məxsus avtomobili partladıb, o cümlədən bir neçə kürdü öldürüblər.
Dərya vilayəti: Suriya ordusu Zəmrin və Um əl-Usaj qəsəbələri arasında radikal qruplaşmaların mövqelərini atəşə tutub.
“Smart News” agentliyinin yaydığı məlumata görə, ilk zərbə terrorçular tərəfindən endirilib. Onlar minaatanlarla inzibati binalara atəş açıblar.
Rəqqa vilayəti: Rəqqa vilayyətinin inzibati mərkəzində İŞİD terrorçularının geri çəkilərkən qoyduqları mina partlayıb.
“Telegram” şəbəkəsində @NRVR11 adlı istifadəçi əldəqayırma minanın Milli xəstəxananın yaxınlığında partladığını bildirib. Partlayış nəticəsində bir neçə PYD terrorçusu xəsarət alıb.
Həma vilayəti: Həma və İdlib vilayətləri arasında Suriya ordusu və “Həyat Təhrir əş-Şam” koalisiyasına daxil olan qruplaşmalar arasında şiddətli döyüşlər davam edir.
“Telegram” şəbəkəsində @NRVR11 adlı istifadəçinin verdiyi məlumata görə, Rusiya Aerokosmik Qüvvələri səmadan Suriya ordusuna dəstək verib. Nəticədə terrorçular geri çəkilməli olublar.
Ağalar Qəribov
Ordu.az