Ordu.az Politexpert.net saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin amerikalılara xitab edərək soruşub.
Rusiya lideri qeyd edib ki, ABŞ Rusiyanın KXDR-i nüvə proqramını ləğv etmək üçün razılaşdırmağını istəyir.
“Maraqlı insanlardılar. ABŞ konqresmenləri ilk baxışdan gözəl görünürlər, gözəl köynək və qalstuklar geyinirlər. Bütün bunlardan sonra isə Rusiyanı İranı və Şimali Koreya ilə bir cərgəyə qoyurlar. Ardınca da Moskvanın Pxenyanla problemləri həll etməsini istəyirlər”, - deyə Putin bildirib. O ardınca amerikalılara xitabən soruşub: “Ümumiyyətlə siz normal insanlarsınız?”
Ağalar Qəribov
Ordu.az