SQQ “Ən-Nüsra”nın mövqelərinə növbəti zərbələr endirilib

2017/12/03721256456456456456456_1513248254.jpg
Oxunub: 442     18:42     14 Dekabr 2017    
Suriya Quru Qoşunları Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Həma və İdlib vilayətlərində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının mövqelərinə növbəti hücum həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Masdar” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri əl-Rəhacan, Umm-Miyal, əl-Müşərif və Abu-Dali yaşayış məntəqələrində “Ən-Nüsra Cəbhəsi” terror qruplaşmasının mövqelərinə zərbə endirib.

Bu, Suriya ordusunun strateji cəhətdən vacib aviabaza hesab edilən “Əbu əd-Duhur”a doğru yolunun açılmasına səbəb olub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Ən-Nüsra   Terror  


Bizi "telegram"da izləyin