ABŞ DTN-də kütləvi məhvetmə silahları təhlükəsi üzrə şöbə yaradıb

2017/12/orig-1508297984656d529078497ef9c8e96443d10ed3de34534_1513238666.jpeg
Oxunub: 578     16:02     14 Dekabr 2017    
“Terror qruplaşmalarının kütləvi məhvetmə silahlarından istifadə etməsi təhlükəsi yetərincə ciddidir və ABŞ Daxili Təhlükəsizlik Nazirliyi onların qarşısının alınması üzrə yeni şöbə yaradıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik nazirinin müavini Eleyn Dyuk bəyan edib.

“Daha böyük təhlükə hazırda qeyri-hökumət strukturlarından qaynaqlanır. İŞİD terror qruplaşması İraq və Suriyada kustar üsullarla zəhərləyici maddələr yaratmağa qadir olduğunu nümayiş etdirdi”, - deyə Dyuk bildirib.

O həmçinin qeyd edib ki, sosial şəbəkələr vasitəsilə də insanlara radikal fikirlər aşılanır.

“Biz insanların terrorizm təbliğatının təsirindən mühafizə olunmasına nail olmaq istəyirik”, - deyə Dyuk vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DTN   ABŞ   Terror  


Bizi "telegram"da izləyin