Pxenyanda Rusiya və KXDR hərbi komissiyasının ilk iclası keçirilir

2017/12/1507141281456456_1513236770.jpg
Oxunub: 376     15:31     14 Dekabr 2017    
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Pxenyanda Rusiya-KXDR hərbi komissiyasının birgə iclasında iştirak edir.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyada yerləşən səfirliyi məlumat yayıb.

“Əldə olunan ilkin razılaşmaya əsasən Pxenyanda təhlükəli hərbi fəaliyyətin qarşısının alınmasında beynəlxalq razılaşmanın həyata keçirilməsi üzrə hərbi komissiyanın birgə iclası keçirilir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bəhs edilən razılaşma 12 noyabr 2015-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinici müavini, general-polkovnik Nikolay Boqdanovski ilə KXDR Baş Qərargah rəisinin müavini O Qım Çxol arasında imzalanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Rusiya  


Bizi "telegram"da izləyin