Rusiya Sakit okean donanmasının gəmiləri Hind okeanında təlim keçib

2017/12/pk38_vs456456456_1513235622.jpg
Oxunub: 425     15:10     14 Dekabr 2017    
“Hind okeanında Sakit okean donanması gəmilərinə rəhbərlik edən qayıq əleyhinə böyük “Admiral Panteleyev” gəmisi və “Boris Butom” böyük dəniz tankerində antiterror qruplarının məşqi keçirilib”.

Ordu.az “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Sakit okean donanmasının rəsmi nümayəndəsi Nikolay Voskresenskiy bəyan edib.

“Xarici limanlarda gəmilərin təhlükəsizliyini təmin edən bölmənin hərbi qulluqçuları qorunmayan reyd zamanı müdafiə və azölçülü hədəfə yüksək sürətlə hücum etmək üzrə təlimlər keçiblər”, - deyə Voskresenskiy bildirib.

Həmçinin təlim zamanı diversiya qüvvə və vasitələrinə qarşı mübarizə üzərində məşqlərə də önəm verilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Təlimlər   HDQ  


Bizi "telegram"da izləyin