Dövlət Departamenti: İndi KXDR-lə danışıqlar aparmaq vaxtı deyil

2017/12/4617435456456_1513230685.jpg
Oxunub: 371     13:50     14 Dekabr 2017    
“Birləşmiş Ştatlar KXDR-lə danışıqlara başlamaq istərdi, lakin hələ danışıqlar vaxtı yetişməyib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.

“Biz danışıqlar masası ətrafına oturmaq və diskussiyalara başlamaq istərdik, lakin hələ danışıqlar baxtı yetişməyib. Bizim siyasətimiz dəyişməyib”, - deyə Nauret ABŞ dövlət katibi Reks Tillersonun ABŞ-ın ilkin şərtlər irəli sürmədən KXDR-lə danışıqlar aparmağa hazır olması barədə bəyanatını şərh edərkən bildirib.

Nauret qeyd edib ki, ABŞ KXDR-in danışıqlara maraq göstərməsini hiss etmir. Bu səbəbdən Vaşinqton Pxenyana münasibətdə siyasətini dəyişməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin