Çin xüsusi təyinatlıları Suriyaya gəliblər

2017/12/185031_1000_1513188173.jpg
Oxunub: 362     01:58     14 Dekabr 2017    
Çin hərbçilərinin Suriyanın Şərqi Quta bölgəsində terrorçuların məhvində iştirakı daha bir güclü dövlətin rəsmi Dəməşq, Moskva və Tehranın gücünü dəstəkləməsi deməkdir.

Ordu.az SANA informasiya agentliyinə istinadən xəbər verir ki, Çinin “Gecə pələngləri” adlı antiterror xüsusi təyinatlıları bu günlərdə Tartus limanına gəliblər.

Bundan bir qədər öncə isə Suriya hökuməti Çin xarici işlər naziri Van İnin Suriya prezidentinin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyn Şabanı qəbul etdiyi barədə məlumat yayıb.

Ekspertlərin fikrincə, tərəflər məhz burada Çinin İŞİD-ə qarşı mübarizə üçün Suriyaya qüvvələr göndərməsi barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Çin   İŞİD  


Bizi "telegram"da izləyin