Pentaqon Əfqanıstana yeni briqada göndərəcək

2017/12/5a1d126e370f2ccb458b4567-(1)_1513185928.jpg
Oxunub: 450     01:19     14 Dekabr 2017    
“Növbəti ilin əvvəllərindən etibarən ABŞ Əfqanıstana yerli təhlükəsizlik qüvvələrinə “Taliban” hərəkatına qarşı mübarizədə kömək göstərmək üçün yeni briqada göndərəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Lans Banç bəyan edib.

“2018-ci ilin əvvəllərində Əfqanıstan təhlükəsizlik qüvvələrinə kömək üçün göndərilən yeni briqada bizim bu ölkədəki qüvvələrimizin sayının və iş keyfiyyətinin daha da yüksəkdilməsi ilə nəticələnəcək”, - deyə Banç bildirib.

Onun sözlərinə görə, yeni briqada göndərilməsi barədə qərar ABŞ administrasiyasının Əfqanıstanda yeni strategiyası çərçivəsində qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Terror  


Bizi "telegram"da izləyin