Əfqanıstan Hərbi Hava Qüvvələri 2023-cü ilə qədər 3 dəfə artacaq

2017/12/download_1513174385.jpeg
Oxunub: 448     23:17     13 Dekabr 2017    
Əfqanıstan Hərbi Hava Qüvvələrinin terrorizmə qarşı müharibədə daha effektiv olması istiqamətində görülən işlərin nəticəsində əfqan hərbi hava qüvvələri 2023-cü ilə qədər 3 dəfə artacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin generalı Lans Bunç bildirib.

General bildirib ki, əfqan ordusunun 2017-ci ildə apardığı hərbi əməliyyatlara göstərilən xarici dəstək son 16 ilə görə ən aşağı səviyyədə olub.

“Onların döyüş qabiliyyətləri ciddi uğurun əldə olunduğundan xəbər verir. İndi biz əfqan ordusuna tövsiyələr vermək üçün burdayıq”, - deyə o əlavə edib.

Bunç əlavə olaraq ilk 4 “UH-60 Black Hawk” helikopterlərinin Əfqan ordusuna təhvil verildiyini və keçilən təlimlərdən artıq 6 pilotun məzun olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Terror  


Bizi "telegram"da izləyin