Ordu.az Russian.rt saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov ABŞ dövlət katibi Reks Tillersonun Birləşmiş Ştatların heç bir ilkin şərt qoymadan KXDR-lə danışıqlara başlamağa hazır olduqları barədə bəyanatını şərh edərkən bildirib.
“Ümumi əsas tapşırıq Koreya yarımadasında gərginliyi azaltmaqdan ibarətdir. Bu məsələdə heç kəs digərindən heç nə qopara bilməz. Əsas məsələ tapşırığın realizə edilməsidir”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, daha öncə ABŞ dövlət katibi Reks Tillerson heç bir ilkin şərt qoymadan istənilən vaxt KXDR-lə danışıqlara başlamağa hazır olduqlarını bəyan edib.
Ağalar Qəribov
Ordu.az