“KXDR ABŞ üçün ən aşkar təhlükədir” - Tillerson

2017/12/456456_1513158551.jpg
Oxunub: 392     18:06     13 Dekabr 2017    
“KXDR ABŞ üçün ən aşka ciddi təhlükə mənbəyidir, daha bunu inkar etmək olmaz”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tilleson bəyan edib.

“KXDR bizim ölkə üçün ən aşkar təhlükə mənbəyi olub və olmağa davam edir. Biz bu strateji dözümlülük dövrü ilə bitirib strateji məsuliyyət dövrünə qədəm qoyacağıq. Təhdid əhəmiyyətli dərəcədə ciddidir, artıq onu inkar etmək olmaz”, - deyə Tillerson bildirib.

O qeyd edib ki, ilk bombanın düşəcəyi anadək diplomatik danışıqlarımızı davam etdirəcəyik. ABŞ hərbçiləri isə hər vəziyyətə hazırdırlar.

“Bununla belə, Pxenyan hər növbəti raket sınağı ilə bu proqrama nə qədər böyük önəm verdiyini nümayiş etdirir”, - deyə Tillerson vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin