“Suriya sakinləri hazırki prezident Bəşər Əsədin bu vəzifədə qalması məsələsini özləri həll etməlidirlər”.
Ordu.az “The New Yorker” jurnalına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.
“Deyərdim ki, ünvanımıza deyilənlər əsassızdır. Biz Cenevrə prosesinə etimadımızı davam etdiririk. Hesab edirik ki, Suriyanın gələcəyi özünə Bəşər Əsədi daxil etməyəcək, lakun bunu Suriya seçici və sakinləri həll etməlidirlər”, - deyə Nauret bildirib.
Bununla belə o etiraf edib ki, Suriyada seçkilərin keçirilməsinə hazırlıq xeyli vaxt alacaq.
Ordu.az