“KXDR ən qüdrətli nüvə dövlətinə çevriləcək” - Kim Çen In

2017/12/151056033134534_1513146785.jpg
Oxunub: 383     14:29     13 Dekabr 2017    
KXDR lideri Kim Çen In ölkəni dünyada ən güclü hərbi və nüvə dövlətinə çevirmək məqsədi qoyub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR hökumətinin rəsmi mətbu orqanı olan Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Ali lider müdafiə sənayesinin inkişafı üçün zəruri olan uzunmüddətli hədəflər, strateji tapşıqılar müəyyənləşdirib. O həmçinin ölkəmizin siyasi çəkisinin artması və dünyanın ən güclü hərbi və nüvə dövlətinə çevrilməsi üçün planlara dair göstərişlər verib”, - deyə məlumat bildirilir.

Qeyd edilir ki, Kim Çen In strateji silahlar, o cümlədəm atom və hidrogen bombalarının yaradılmasını, “Xvason-15” qitələrarası ballistik raketinin sınaqdan keçirilməsini xalq və partiyanın tarixi qələbəsi adlandırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Xvason-15  


Bizi "telegram"da izləyin