KXDR danışıqlarda iştirak edəcəyi barədə BMT-yə söz verməyib

2017/12/345634534534534_1513143728.jpg
Oxunub: 469     13:39     13 Dekabr 2017    
“KXDR rəsmiləri danışıqlar çərçivəsində Birləşmiş Ştatlarla müzakirələrdə iştirak etmək barədə heç bir söz verməyiblər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman bəyan edib.

“Biz KXDR rəsmilərinə bizimlə keçirdikləri müddət ərzində mümkün danışıqlar istiqamətində irəliləməli olduqlarını bildirdik. Düşünürəm ki, KXDR rəsmiləri ciddi şəkildə bizim sübutlarımızı dinlədilər, onları bizimlə müzakirə etdilər, lakin hər hansı məsuliyyəti üzərlərinə götürəcəkləri barədə bir vəd vermədilər”, - deyə Feltman bildirib.

Qeyd edək ki, Cefri Feltman dekabrın 5-dən 8-dək Pxenyana səfər edərək KXDR xarici işlər naziri Li Yon Xo və onun müavini Pak Myon Hukla görüşüb.

Feltmanın sözlərinə görə, danışıqlar 15 saatdan çox davam edib və onun həmsöhbətləri müharibənin qarşısını almağın zəruri olduğunu qeyd ediblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ  


Bizi "telegram"da izləyin