Putindən Suriyaya gözlənilməz səfər: Rus qoşunları geri qayıdır

2017/12/755129879436928657567_1512988379.jpg
Oxunub: 482     18:31     11 Dekabr 2017    
Rusiya prezidenti Vladimir Putin Suriyada yerləşən Hmeymim aviabazasına gələrək ordunun çıxarılması barədə əmr verib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bəyan edib.

Rusiya prezidentinin təyyarəsi Hmeymim aviabazasına bu gün səhər gəlib. Qeyd edilir ki, Rusiya prezidentini Suriya lideri Bəşər Əsəd və Rusiya müdafiə naziri Sergey Şoyqu, o cümlədən Suriyadakı Rusiya qruplaşmasının komandanı, general-polkovnik Sergey Surovikin qarşılayıblar.

Hmeymim bazasında çıxışı zamanı Putin Rusiya qoşunlarının Suriyadan çıxarılması əmri verib.

Qeyd edək ki, bu gün Putin həmçinin Misir və Türkiyəyə də səfər edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Putin  


Bizi "telegram"da izləyin