Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Mərkəzi Hərbi Dairənin mətbuat xidməti məlumat yayıb.
“Mi-24 zərbə helikopterləri, Mi-26 və Mi-8 nəqliyyat döyüş helikopterlərinin ekipajları ərazinin relyefinə uyğun olaraq, aşağı yüksəklikdə uçuşlar həyata keçiriblər. Pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin zərbələrindən yayınmaq üzrə müxtəlif çətinlikdə manevrlər yerinə yetiriblər”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, təlimlərdə 20-dən çox helikopterdən istifadə olunub.
Ordu.az