Ordu.az “interfax” xəbər agentliyinə istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Katibi Oleksandr Turçinov və Litva Silahlı Qüvvələrinin Rəhbəri Conas Vitatus Zukas Ukraynanın şərqindəki vəziyyəti müzakirə ediblər.
Turçinov bildirib ki, Litvanın yardımı bizim üçün son dərəcə vacibdir.
“Litva həmişə Ukraynanın ən etibarlı dostlarından biri olub”,- deyə o əlavə edib.
Öz növbəsində, Ukrayna ilə əməkdaşlığın Litva üçün əhəmiyyətindən danışan Zukas bildirib ki, Litva Avropanın taleyinin harda həll olunduğunu yaxşı anlayır.
“Biz həmişə Ukraynaya dəstək olmağa hazırıq. Çünki anlayırıq ki, bizim vahid geosiyasi məkanımız və ümumi təhlükələrimiz var”,- deyə Zukas bildirib.
Görüşdə, kiber hücuma qarşı mübarizə, Ukrayna Təhlükəsizlik və Müdafiə sektorunda islahatlar, Litva Silahlı Qüvvələrinin NATO standartlarına keçid təcrübəsi və Ukrayna-Litva-Polşa Ortaq Briqadasının fəaliyyəti mövzuları da müzakirə edilib.
Ordu.az