Düşmən ordusunda daha bir mənimsəmə faktı - Xidmət rəisi cərimələndi

2017/12/17_12_08_1512710986_1512724579.jpg
Oxunub: 383     17:43     08 Dekabr 2017    
Ermənistan ordusununda oğurluqda təqsirli bilinən erməni zabit cərimələnib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun hərbi hissələrindən birində 780 min dram dəyərində külli miqdarda oğurluqda ittiham olunan əşya xidmətinin rəisi A.Rafiq adlı zabit haqqında 600 min dram cərimə cəzası verilib.

İttihama görə A.Rafiq 2015-ci ilin avqust ayından 2017-ci ilin yanvar ayınadək hərbi hissənin əşya anbarından külli miqdarda əmlak mənimsəyib.

O, Sünik vilayət məhkəməsində öz günahını etiraf edib və cərimə ödənilməsi cəzasına məhkum edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Oğurluq  


Bizi "telegram"da izləyin