Hansı Asiya ölkələri BTM SQ-ni daha çox qoşunla təmin edir? – ARAŞDIRMA (İNFOQRAFİKA)

2017/12/7567656_1512718851.jpeg
Oxunub: 494     15:36     08 Dekabr 2017    
BMT-nin sülhməramlı qüvvələri arasında Asiya ölkələrinin əsgərləri üstünlük təşkil edir.

Ordu.az-ın araşdırmasına görə, Pakistan, Hindistan, Banqladeş və Nepal hal-hazırda BMT-ni ən çox sülhməramlı qüvvə ilə təmin edən Asiya ölkələridir.

BMT-nin özünəməxsus ordusu olmasa da, münaqişə zonalarında sülhün qorunması üçün Sülhməramlı Qüvvələrə malikdir. Əgər bu sülhməramlı qüvvələr milli ordularla müqayis olunarsa, dünyanın ən böyük 44-cü ordusu hesab oluna bilər. Bu qüvvələrin, ümumilikdə, 123 ölkədən olan 100 min nəfərdən çox heyəti var. Bu ordunun 91 min 132 nəfəri hərbçi, 13 min 563 nəfəri polis, 1 811 nəfəri isə hərbi ekspertdir. Lakin bir qayda olaraq, Asiyanın cənub ölkələrinin qoşunları sülhməramlı qüvvələr arasında çoxluq təşkil edir.

Asiyada ən çox sülhməramlıya malik ölkə Hindistandır. Bu ölkədən 7 min 471 nəfər dünyanın müxtəlif yerlərində xidmət edir.

Bu baxımdan Pakistan ikinci yerdədir. Onun 7 min 161 nəfər hərbçisi BMT missiyalarında xidmət edir. 1992-cı ildə Somaliyə 500 nəfərlik qoşun göndərən Pakistan bu böhranın aradan qaldırılması çağırışlarına cavab verən ilk ölkə olub.

Banqladeş BMT-yə üçüncü ən çox qoşun göndərən ölkədir. Bu ölkə 1988-ci ildən etibarən 40 ölkədə baş tutan 58 müxtəlif BMT sülhməramlı missiyasında iştirak edib. Nepal isə əksəriyyəti Afrikada həyata keçirilən 11 sülhməramlı missiyaya dəstək verib.

İndoneziyanın BMT missiyalarında ilk iştirakı 1950-ci ilə təsadüf edir. Ölkə həmin vaxtdan etibarən davamlı olaraq BMT-nin sülhməramlı missiyalarında fəal şəkildə iştirak edib.

Çinin BMT sülhməramlı qüvvələrinə dəstəyi son illərdə əhəmiyyətli şəkildə artıb. O, bu baxımdan dünyada 12-ci, Asiyada isə 6-cı sıradadır.

Monqolustan isə BMT sülhməramlı missiyalarına 950 nəfərlik qoşunla dəstək verir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Asiya  


Bizi "telegram"da izləyin