Aprel döyüşlərində iştirak edən erməni hərbçilərin qeydiyyatı aparılmır - SƏBƏB

2017/12/april345345_1512638733.jpg
Oxunub: 429     17:23     07 Dekabr 2017    
Ermənistanda aprel döyüşlərinin iştirakçısı müdafiə nazirliyini məhkəməyə verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda aprel döyüşləri zamanı döyüş əməliyyatlarında iştirak etmək haqqında təxris edilən hərbi qulluqçuların hərbi biletlərində qeydlərin silinməsi ətrafında yeni faktlar ortaya çıxıb.

Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında ordudan təxris olan bir müddətli xidmət hərbi qulluqçusu hərbi biletində aprel döyüşlərində iştirak etməsi barədə qeydlərin silinməsi və ya yazılmamasına görə böyük qalmaqal yaratmışdı.

İndi isə, aprel döyüşləri ərəfəsində döyüş əməliyyatlarında iştirak edən təxris edilmiş hərbi qulluqçular hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət edirlər.

Məlumata görə, 2017-ci il dekabrın 5-də Razmik Petrosyan müdafiə nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət edib. O, tələb edir ki, müdafiə nazirliyi hərbi biletində aprel döyüşlərində iştirak etmələri barədə müvafiq qeydlər aparsın.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Aprel   Məhkəmə  


Bizi "telegram"da izləyin