Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Serj Sarkisyan hələ onun vəzifəsinə yeni təyinat etməyə tələsmir. Məlumata görə, bu vəzifəyə təyinat olmayacaq və sözügüdən ştat ləğv ediləcək.
Qeyd edək ki, BQR-nin müavinləri arasında bu ilk dəyişiklik deyil, cari ilin 3 may tarixində digər müavin general-leytenant Enriko Apriyamov müavin vəzifəsindən azad edildi və başqa vəzifəyə təyin olundu. Növbəti gün Apriyamov fövqəladə hallar nazirinin müavini təyin edildi. Bir ay sonra Serj Sarkisyanin əmri ilə BQR-in 1-ci müavini vəzifəsinə general-mayor Onik Qasparyan təyin edildi.
Hazırda, BQR-nin Onik Qasparyan və Stepan Qalstyan olmaqla iki müavini var. Əldə edilən məlumatlara görə, Haykaz Bağmanyandan başqa Stepan Qalstyan da vəzifədən azad ediləcək. Ermənistan ordusunun BQR-nin yalnız bir müavini olacaq. Həmin müavin isə, generallar arasından 47 yaşlı general-mayor Onik Qasparyan olacaq.
Alpər Mövludoğlu
Ordu.az