Deyr əz-Zorda yerləşən İŞİD terror qruplaşmasının sıralarında fərarilik halları qeydə alınıb. Xüms vilayətində terrorçular Suriya ordusuna qarşı hücuma hazırlaşırlar. Hələb vilayətində PYD və Suriya ordusu arasında atışma qeydə alınıb.
Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən mühüm hadisələrin qısa icmalını təqdim edir.
Suriya ordusu və müttəfiq qüvvələr: Xüms vilayətinin şərqində Amerikanın maliyyələşdirdiyi terrorçu qüvvələr tərəfindən hücum təhlükəsi altındadırlar.
İŞİD: Öz terrorçusunu edam edib. Fərat çayının qərb sahilinə onlarla terrorçu keçirib. Hədcin şəhərində qruplaşma “rəhbərləri”nin görüşü keçirilib.
Azad Suriya Ordusu: Hələb vilayətində PYD qüvvələri ilə bir-birlərinə atəş açırlar.
Ən-Nüsra Cəbhəsi: Həma vilayətinin şimal-şərqində İŞİD tərəfindən məğlub edilib.
Hələb vilayəti: Manbinc şəhərindən şimalda yerləşən təmas xəttində Azad Suriya Ordusu ilə PYD arasında yenidən atışma başlayıb.
“Twitter” sosial şəbəkəsində @FSAPlatform adlı istifadəçinin verdiyi məlumata görə, ilk atəş PYD tərəfindən açılıb.
Cət kəndi yaxınlığında Azad Suriya Ordusu PYD-nin hərbi diversiya qrupunu zərərsizləşdirib.
Xüms vilayəti: Amerika tərəfindən silahlandırılan birliklər, o cümlədən “Ceys Məhavir ət-Taura” və “Ceys Usud əş-Şərqiyə” qruplaşmaları Ət-Tanf yaşayış məntəqəsi ətrafında baza yaradırlar.
“Twitter” @sayed_ridha adlı istifadəçinin verdiyi məlumata görə, Amerika xüsusi xidmət orqanlarıın əməkdaşları bu ərazidə hərbi lagerlər yaradır və Suriya ordusuna qarşı irimiqyaslı əməliyyata hazırlaşırlar.
Böyük ehtimalla, terrorçular bu ərazilərdə yolları minalamaqla Suriya ordusunun hərəkət etdiyi strateji marşrutların pusqusunu təşkil edəcəklər.
Deyr əz-Zor vilayəti: İŞİD-in nəzarəti altında olan ərazilərin sərhəddinin hər ötən günlə azalmasına baxmayaraq terrorçular Suriyanın cənub-şərqində - strateji Deyr əz-Zor vilayətində bazaları saxlamağa ümid edirlər.
“DeirEzzor24” media portalının verdiyi məlumata görə, İŞİD rəhbərləri regionun cənubunda yerləşən terrorçuların zəruri maddi-texniki vasitələrlə təchizatına davam edirlər.
“Twitter” sosial şəbəkəsində @markito0171 adlı istifadəçinin xəbər verdiyi kimi, İŞİD terrorçularının döyüş ruhu getdikcə azalır və terrorçuların sıralarında fərarilik halları artmaqdadır. Fərat çayını keçərək qaçmaq istəyən bir terrorçunu isə tutaraq görk məqsədilə edam ediblər.
Hazırda Suriya ordusu və Rusiya Aerokosmik Qüvvələri Fərat çayının sahili boyunca əraziləri İŞİD terrorçularından təmizləməyə davam edirlər.
Həma vilayəti: “Ən-Nüsra Cəbhəsi” ilə İŞİD arasında təmas xəttində atəşkəs yenidən pozulub.
“Hama Meda Center” agentliyinin verdiyi məlumata görə, Səruc və Əş-Şin yaşayış məntəqələri yaxınlığında atışma baş verib.
Qeyd edilir ki, hər iki tərəf itkilər verib, lakin əraziyə nəzarət baxımından heç bir ciddi dəyişiklik olmayıb.
Ərazidə digər bölgələrdən sıxışdırılaraq çıxarılan İŞİD terrorçuları tərəfindən yeni “birlik” yaradılıb.
Ağalar Qəribov
Ordu.az