İsrail ordusu “Hizbullah” hədəflərinə 150-dən çox zərbə endirib

2026/03/1774694412.jpg
Oxunub: 247     19:21     19 İyun 2026    
İsrail hərbçiləri Livanda “Hizbullah” hərəkatının obyektlərinə qarşı genişmiqyaslı zərbələr endirildiyini açıqlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun yaydığı məlumatda bildirilib.

Məlumata görə, atəşkəs rejiminin pozulmasına cavab olaraq qruplaşmanın komanda mərkəzlərinə, buraxılış mövqelərinə və infrastruktur obyektlərinə 150-dən çox zərbə endirilib. Hücumlar əsasən Nəbatiyyə və Bəkaa bölgələrində, eləcə də Livanın cənub hissəsində həyata keçirilib. İsrail tərəfi onlarla silahlının məhv edildiyini də açıqlayıb.

Ordudan bildirilib ki, zərbələr “Hizbullah”ın fəaliyyətini davam etdirdiyi iddia olunan obyektlərə, o cümlədən komanda məntəqələrinə və silahlı birləşmələrə qarşı yönəlib.

Bundan əlavə, Bofor bölgəsində yeraltı infrastrukturun vurulduğu, həmçinin İsrail qüvvələrinə qarşı həyata keçirilən atəşdən sonra bir neçə raket buraxılış qurğusunun məhv edildiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin