İsrailin milli təhlükəsizlik naziri fəallarla kobud davrandığı videonu silməyə məcbur edilib

2026/06/1781876226.jpg
Oxunub: 202     17:35     19 İyun 2026    
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Qəzzaya doğru irəliləyən "Sumud" flotiliyasının gəmilərində saxlanılan fəallarla bağlı videoya görə 23 min şekel (7,8 min dollar) məbləğində cərimə ödəməyə məcbur edilib.

Ordu.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu qərarı Ali Məhkəmənin sədrinin müavini, İsrailin Mərkəzi Seçki Komissiyasının rəhbəri Noam Solberq verib.

O, həmçinin B.Qvirdən sosial şəbəkələrdə fəallarla kobud şəkildə danışdığı videonu silməyi tələb edib.

N.Solberq belə qənaətə gəlir ki, uniformalı təhlükəsizlik xidməti əməkdaşlarının əks olunduğu və dövlət müəssisəsinin daxilində çəkilmiş video dövlət vəsaitlərindən istifadə edilməklə aparılan qanunsuz seçkiqabağı təbliğatdır.

Qeyd edək ki, "Sumud" flotiliyası (ərəb dilindən tərcümədə - dözümlülük, müqavimət) sentyabrın ortalarında Tunis sahillərindən Qəzzaya yola düşüb. Onun tərkibinə müxtəlif ölkələrə məxsus 40-dan çox gəmi daxildir ki, onlardan birinin göyərtəsində isveçli hüquq müdafiəçisi Qreta Tunberq də olub. Missiya qarşısına Qəzzadakı zərərçəkmiş əhaliyə humanitar yardım çatdırmaq məqsədi qoyub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Nazir  


Bizi "telegram"da izləyin